Əsir hərbçimizin məktubu ailəsinə çatdırılıb
21 sentyabr 2010 16:03 (UTC +04:00)

Əsir hərbçimizin məktubu ailəsinə çatdırılıb

Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirin məktubunu bu gün təqdim ediblər. A. Hacıyev ailəsinə ünvanladığı məktubunda yazır: “Salam, ay mama. Mənim vəziyyətim yaxşıdır. Məndən narahat olmayın. Qohumlara və qonşulara, hamıya salam söyləyin. Sağ olun”.


N. Məmmədovanın sözlərinə görə, BQXK nümayəndələri A. Hacıyevin səhhətində problem olmadığını deyiblər: “Mənə dedilər ki, Anarın vəziyyəti yaxşıdır”.


Xatırladaq ki, BQXK əməkdaşları A. Hacıyevə bu il sentyabrın 15-də baş çəkiblər.

1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar