Aqrolizinq” MMC-nin filial rəhbərinə 10 il həbs cəzası istənildi
Avqustun 19-da mənimsəmə və israfda təqsirləndirilən “Aqrolizinq” MMC-nin filial rəhbərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı “Aqrolizinq” MMC-nin Bərdə rayon filialının rəhbəri Vüqar Zeynalova cəza istəyib. Prokuror V.Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Proses müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.
İttihama görə, V.Zeynalov rəhbərlik etdiyi Aqrolizinq MMC-nin Bərdə rayon filialının rəhbəri vəzifəsində işləyərkən dövlət büdcəsindən rayonun kənd təsərrüfatının inkişafına ayrılmış 160 min manatı mənimsəyib.
O, Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, V. Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cü (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15