“Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə 600-dən artıq əcnəbi var” - MÜSAHİBƏ
Nazim Ələkbərov: “Parlament seçkiləri ilə əlaqədar Penitensiar Xidmət üzrə xüsusi tədbirlər planı hazırlanacaq”
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərovun APA-ya müsahibəsi
- Cəzaçəkmə yerlərində yeni iş yerlərinin açılması və məhkumların əməyə cəlb olunması istiqamətində hansı tədbirlər görülür? Məhkumlar hansı əmək növlərinə cəlb olunublar?
- Əsas islah vasitələrindən biri kimi ictimai faydalı əməkdən səmərəli istifadə üçün cəzaçəkmə müəssisələrində istehsalatın dirçəldilməsi, məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunmasına imkan verən yeni istehsalat sahələrinin yaradılması yolları dərindən araşdırılır və təhlillər aparılır. Bu məqsədlə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin inventarlaşması işinin başa çatdırılması, onların dirçəlməsinə və yeni istehsal sahələrinin yaradılmasına dair təkliflərin nəzərdən keçirilməsi Penitensiar Xidmətin 2010-cu il üçün iş planına da daxil edilib. Artıq ayrı-ayrı müəssisələrdə bir qrup iş adamları ilə razılıq əldə edilib, müxtəlif yönümlü istehsalat sahələri təşkil olunub və yeni məhsul istehsalına başlanılıb. Hal-hazırda mövcud imkanlar hesabına bir sıra cəzaçəkmə müəssisələrində kiçik istehsal sahələri yaradılıb və məhkumların 20 %-nin haqqı ödənilən işə cəlb edilməsinə nail olunub. Qeyd etmək lazımdır ki, bu da əvvəlki illərlə müqayisədə yüksək göstəricidir. Bu müəssisələrdə müxtəlif istehlak məhsulları – xalça, tikiş məmulatları, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzlük daşlar, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər, həqiqi hərbi xidmət keçən qulluqçular üçün müasir standartlara uyğun olan bir və iki laylı çarpayılar, ofis mebelləri və yumşaq stullar istehsal olunur. Bu istehsal sahələri hal-hazırda 1, 4, 5, 6, 7, 11, 12, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub. Bundan başqa kənd təsərrüfatı yönümlü olan 1, 3, 5, 8, 9 və 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyatda olan məhkumlar bilavasitə meyvə-tərəvəz və bostan məhsullarının becərilməsi və yetişdirilməsi, heyvandarlıq və quşçuluq sahəsində çalışırlar. Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların da sayı keçən illə müqayisədə artıb. Məhkumların ictimai faydalı əməyə cəlb olunması işində müəyyən irəliləyişlər əldə olunsa da, işlə təmin olunan məhkumların sayı bir qədər artsa da, bu sahədə həllini gözləyən problemlər hələ də çoxdur. Problemin həlli məqsədilə Penitensiar Xidmət tərəfindən verilmiş təkliflərə əsasən ədliyyə orqanlarının inkişafı ilə bağlı Dövlət Proqramı və Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan «Ədliyyə sahəsində islahatlara yardım» Proqramı çərçivəsində müvafiq tədbirlər planlaşdırılıb. Qeyd olunanlarla bağlı cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin yeniləşdirilməsi və əlavə olaraq yeni iş yerlərinin açılması imkanlarının öyrənilməsi məqsədilə yerlərdə inventarlaşma işi aparılır, imkanlar bir daha nəzərdən keçirilir və müvafiq təkliflər hazırlanır.
- Son illər Azərbaycanda Avropa standartlarına uyğun yeni cəzaçəkmə müəssisələri inşa olunur. Gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulubmu?
- Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə saxlanılması, habelə cəza çəkməsini təmin etmək məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə respublikanın regionlarında müxtəlif kateqoriyalı məhkumların bir müəssisə çərçivəsində saxlanmasını nəzərdə tutan yeni qarışıq rejimli müəssisələr komplekslərinin inşası davam etdirilir. Bu müəssisələrin inşası Azərbaycan Prezidentinin 17 avqust 2006-cı il tarixli «Ədliyyə orqanlarının inkişafı haqqında» Fərmanında, habelə ölkə başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nda nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasında inşa olunan qarışıq rejimli 430 nəfərin saxlanması üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsinin tikintisi artıq başa çatdırılıb. Müasir tələblərə uyğun inşa edilmiş yeni müəssisənin 2008-ci ilin aprel ayının 18-də Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun, habelə Ədliyyə Naziri Fikrət Məmmədovun, Penitensiar xidmətin rəhbərliyinin və məsul əməkdaşlarının iştirakı ilə açılış mərasimi keçirilib və müəssisə istifadəyə verilib. Lənkəran (1000 nəfərlik) və Şəki (900 nəfərlik) şəhərlərində qarışıq rejimli penitensiar müəssisələr komplekslərinin tikintisi üzrə işlər davam etdirilib. Eyni zamanda birinci mərhələsi 2009-cu ilin iyun ayından fəaliyyətə başlamış Bakı şəhərinin Zabrat qəsəbəsindəki 2500 nəfərlik yeni Bakı İstintaq təcridxanasının ikinci mərhələsinin inşa edilərək istifadəyə verilməsi üçün intensiv tədbirlər həyata keçirilir. Umbakı qəsəbəsində müasir tələblərə cavab verən yeni həbsxananın (1500 nəfərlik), Gəncə şəhərində isə qarışıq rejimli cəzaçəkmə müəssisəsinin (1500 nəfərlik) tikintisi üzrə inşa işlərinə başlanıb. Eyni zamanda, Kürdəmir rayonunda qarışıq rejimli cəzaçəkmə müəssisəsinin (1000 nəfərlik) inşası məqsədilə 20 hektar, qadınlar və yetkinlik yaşına çatmayan məhkumlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrinin isə yeni əraziyə köçürülməsi üçün Zabrat qəsəbəsində 13 hektar torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılıb.
- Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş məhsulların və narkotik vasitələrin keçirilməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı məsuliyyəti müəyyən edən «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 25.12.2007-ci il tarixli Qanunu və həmin qanunun tətbiq edilməsi barədə dövlət başçısının 28.12.2007- ci il tarixli fərmanının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilib. Qanun qüvvəyə mindikdən sonra, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə, habelə onlarla görüşə gələn yaxın qohumları və digər vətəndaşlarla qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə geniş maarifləndirmə işi aparılıb, yeni qanunvericiliyin mahiyyəti izah olunub. Həmçinin cəzaçəkmə müəssisələrinin müxtəlif xidmət sahələrində çalışan əməkdaşlar da yeni qanunvericiliyin tələbləri ilə yaxından tanış edilib, onlara yol verilə biləcək qanun pozuntularına görə məsuliyyət barədə müfəssəl məlumat verilib. Buna baxmayaraq, ayrı-ayrı vətəndaşlar, cəzaçəkmə müəssisələrinin bəzi əməkdaşları, habelə məhkumlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunması cəhdləri hələ də mövcuddur. 2010-cu ilin 7 ayı ərzində aparılmış axtarış-baxış və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 15, mobil telefonlarla bağlı 47 fakt qeydə alınıb. Aşkar olunub götürülmüş narkotik maddələrin ümumi çəkisi 79,899 qram olub ki, onlardan da 64,819 qramını heroin, 3,9 qramını marixuana, 11,133 qramını tiryək təşkil edib. Eləcə də 105,5 litr çəkidə spirtli içki aşkar olunub. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına ötürülməsində müxtəlif gizli üsullardan istifadə olunur. Belə ki, təkcə son dövr ərzində narkotik maddələrin şirniyyat, pendir, qoz, kələm, çörək, ev şəraitində hazırlanmış xörəklərdə, habelə zavod üsulu ilə qablaşdırılmış konserv qutularında və gündəlik istifadə olunan məişət əşyalarında (sabun, gigiyenik ləvazimatlar, əl-üz dəsmalı və s.) gizlədilərək penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb. Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş məhsulların və narkotik vasitələrin keçirilməsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
- Azərbaycanda neçə əcnəbi vətəndaş cəza çəkir? Bu məhbuslar daha çox hansı ölkələrin vətəndaşıdırlar?
- Hal-hazırda Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə təqsirləndirilən şəxs və məhkum qismində 600 nəfərdən artıq xarici ölkələrin vətəndaşları var. Gürcüstan, İran, Rusiya, Türkiyə, Nigeriya, Pakistan, Türkmənistan və Ukrayna vətəndaşları say etibarilə bu şəxslər arasında üstünlük təşkil edirlər. Həmin şəxslər tərəfindən törədilmiş cinayətlər isə əsasən oğurluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, dövlət sərhədinin qanunsuz pozulması və dələduzluq faktlarından ibarətdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada bütün əcnəbi vətəndaşlara öz ölkələrinin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlamaq üçün müvafiq şərait yaradılır. Bununla bağlı diplomatik nümayəndəliklərdən daxil olmuş müraciətlərə də Penitensiar Xidmət tərəfindən operativ baxılır.
- Qarşıdan gələn parlament seçkiləri ilə bağlı penitensiar sistemdə hansı tədbirlər görüləcək?
- Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Penitensiar Xidmət üzrə xüsusi tədbirlər planının hazırlanması nəzərdə tutulub. Bu tədbirlərə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və hərbi qurumlarda fəaliyyət göstərəcək məntəqə seçki komissiyalarının təşkili üçün ərazi üzrə dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq, seçicilərin siyahılarının dəqiqləşdirilməsi, səsvermə üçün azadlıqdan məhrum edilmiş şəxslərin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş formada xüsusi vəsiqələrlə təmin edilməsi, seçicilərin maarifləndirilməsi istiqamətində görüləcək işlər və eləcə də qanunvericiliklə müəyyən olunmuş müddət ərzində namizədlərin təbliğat kompaniyasına şərait yaradılması daxildir. Seçkilərlə bağlı həyata keçiriləcək bütün tədbirlərin və tabe qurumlarda təşkil ediləcək seçki məntəqələrində seçkilərin gedişinin kütləvi informasiya vasitələrində işıqlandırılması əvvəllər olduğu kimi, bu dəfə də tam təmin olunacaq. Eyni zamanda Penitensiar Xidmət üzrə parlament seçkilərinə hazırlığın gedişinə, tabe qurumlarda təşkil olunacaq seçki məntəqələrinin fəaliyyətinin təşkilinə və seçkilərin nəticələrinə dair məlumatlar Penitensiar Xidmətin İnternet səhifəsi vasitəsilə mütəmadi olaraq geniş ictimaiyyətə çatdırılacaq.

1667