8 aylıq hamilə qadın məhkəmə zalından azadlığa buraxıldı
Avqustun 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə narkotik vasitə alverində təqsirləndirilən Ucar rayon sakini Yeganə Həsənova və Sumqayıt şəhəri sakini Aynurə Abdullayevanin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən. 1978-ci il təvəllüdlü Aynurə Abdullayeva 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Yeganə Həsənova isə 3 il həbs cəzası alıb. Lakin o, 8 aylıq hamilə olduğundan məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Sumqayıt Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yeganə Həsənovadan 0.37 qram heroin aşkarlanıb. Onun ətrafında həyata keçirilən araşdırmalar zamanı ona narkotik vasitəni satan Sumqayıt şəhər sakini Aynurə Şaumyan qızı Abdullayeva olduğu müəyyən edilib. Adıçəkilən şəxsin evinə baxış keçirən əməliyyatçılar oradan 34 bükümdə, satış məqsədi ilə hazırlanmış, ümumi çəkisi 2,594 qram heroin, 0.141 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Qeyd edək ki, Yeganə Həsənova və Aynurə Abdullayeva Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
Fərid Əkbərov

391