Erməni əsirliyindəki əsgərimiz ailəsinə məktub yazıb
“Qonşu uşaqlara deyin ki, hər şey onların fikirləşdiyi kimi deyil”
Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyev ailəsinə məktub göndərib.
Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu gün onlara gələrək əsirin məktubunu təqdim ediblər. A. Hacıyev ailəsinə ünvanladığı məktubunda yazır: “Salam. Mənim də vəziyyətim yaxşıdır. Nənəmə, dayılarıma, bir sözlə hamıya salam söyləyin. Qonşu uşaqlara deyin ki, hər şey onların fikirləşdiyi kimi deyil”.
N. Məmmədovanın sözlərinə görə, BQXK nümayəndələri A. Hacıyevin səhhətində heç bir problem olmadığını deyiblər: “Mənə dedilər ki, Anar yaxşıdır. Azərbaycanla bağlı kitablar oxuyur. Ona 17-ci əsrə aid kitab veriblər ki, oxusun. Tezliklə Anarla bir daha görüşəcəklərini bildirdilər”.
Xatırladaq ki, BQXK əməkdaşları sonuncu dəfə A. Hacıyevə bu il mayın 12-də baş çəkiblər.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

415