ABŞ İran-la danışıqlara başlaya bilər
Ötən gün İran prezidenti Mahmud Əhmədinijat ABŞ-ın dövlət başçısı Barak Obamanı BMT-nin payız sessiyasında «kişi kimi» dünya məsələlərini müzakirə etməyə çağırmışdı
B.Obama Ağ evdə jurnalistlərlə görüşü zamanı nüvə proqrammı ilə bağlı danışıqlar üçün İslam Respublikasına «cığır açıqdır» deyərək, Tehranla birbaşa müzakirələrin mükünlüyünü də vuğulayıb.
Lent.az-ın «The Washington Post» qəzetinə istinadən məlumatına görə, ABŞ lideri İranla danışıqların baş tutuması üçün belə açıqlama verib : «İranlılar nüvə silahı əldə etməyə cəhd göstərmədiklərini ardıcıl addımları ilə bizi inandırmalıdırlar».
Sələfi kiçik Buş kimi o, da İranın dinc məqsədli atom enerjisinə qarşı olmadıqlarını söyləyərək, bildirib ki, Tehran atom bombası yaratmadığının təminatını verməlidir.
Yuxarıdakı şərtlərin ödəniləcəyi təqdirdə danışıqlar baş tutarsa, Barak Obama İranla «qarşılıqlı maraq doğuran məsələləri», Əfqanıstan və Pakistanda «taliban» hərəkatına qarşı «birgə» mübarizənin aparılmasını da müzakirə edilə biləcəyinin mümkünlüyünü istisna etəmyib. Onun fikrincə, bölgədə sabitliyin təminatı üçün Tehranı danışıqlara cəlb etmək lazımdır.
Obamanın bu çıxışı yalnız Əhmədinijatın çağırışını cavab deyil. Məlum olduğu kimi BMT Təhlükəsizlik Şurası, ABŞ, Avropa Birliyi ölkələrinin İrana qarşı sanksiyalrı artıq İslam Respublikasına ciddi təsir göstərməyə başlayıb. Bunun səmərəliliyi Vaşinqtonu da qane edir. Bundan başqa ABŞ İrana qarşı hərbi müdəxilə planının «massa üzərində» olduğunu bəyan etsə də, onun belə addım atmyacağı ehtimalı daha böyükdür.
Çünki Tehran hakimiyyəti ilə savaş İslam Respublikası rəhbərliyinin «əlinə oynamaq», onu düşdüyü ağır vəziyyətdən qurtarmaqdır.
Savaşın baş verməsi ehtimalının az olduğunu Tehran da yaxşı başa düşür. Ona görə də düşdüyü vəziyyətdən çıxmaq üçün çıxış yolunu danışıqlarda görür. Bunu Ağ ev də dəyərləndirirlər. Ona görə danışıqlar üçün İran hakimiyyətinə «cığır» qoyurblar.
Məlumatlara görə, ABŞ kəşfiyyatı uranın zənginləşdirilməsində İranın texniki problemi olduğunu müəyyən edib. Bu hal isə ABŞ-ı bir qədər rahat edən faktlardandır.
Beləlkilə, atom-nüvə proqramını texniki səbəblər ucbatından onsuz da davam etdirə bilməyən Tehran bu layihəni dayandırdığını bəyan edə, bundan sonra Qərb, o cümlədən ABŞ-la danışıqlara başlaya bilər. Yaxın bir ay ərzində İranın danışıqlara başlayacağı haqda verilən rəsmi bəyanatlar da bunu təsdiqləyir.
Sədrəddin Soltan

367