Qurbanlarını Azərbaycanda əməliyyat etdirən mafiyası aşkarlanıb
05 avqust 2010 11:30 (UTC +04:00)

Qurbanlarını Azərbaycanda əməliyyat etdirən mafiyası aşkarlanıb

Qrupa İsrail vətəndaşı başçılıq edirmiş



Ukraynada insan orqanlarının satışı və “qara transplantologiya” ilə məşğul olan transmilli qrup ifşa olunub.


APA-nın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib.
Onun sözlərinə görə, mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları daxildir. Qrupa İsrail vətəndaşı başçılıq edib.


Y.Kuçer bildirib ki, cinayətkarlar uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını əla alaraq Azərbaycan və Ekvadora aparıb, sonradan transplantasiya etmək üçün orada onların daxili orqanlarını çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçiriblər. Əsasən İsraildən olan varlı resipiyentlər əməliyyat üçün 100-200 min ABŞ dolları ödəyiblər. Həkimlər isə bu əməliyyat üçün 15-20 min ABŞ dolları alıblar.


Departament rəhbəri onu da bildirib ki, bu cinayətkar fəaliyyətə Kiyevin Şalimov adına klinikasının 4 həkimi cəlb olunub. İnternet vasitəsilə bu işə cəlb olunan insanların əksəriyyəti 18-25 yaşında gənclər olub, onlara 10 min ABŞ dolları müqabilində böyrəklərini satmaq təklif edilirmiş.


Y.Kuçer bildirib ki, hazırda bu işlə əlaqədar 50 donor müəyyən olunub, onların əksəriyyəti aztəminatlı şəxsdir.
Faktla bağlı insan alveri maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq zamanı həkimlərin evlərində axtarış aparılıb, evlərdən birində 200 min ABŞ dolları aşkarlanıb.
İşlə bağlı 12 Ukrayna vətəndaşı saxlanılıb. Həbs olunanlar arasında digər ölkələrin vətəndaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar