Qaynını öldürən mayora 12 il həbs cəzası verildi
04 avqust 2010 14:00 (UTC +04:00)

Qaynını öldürən mayora 12 il həbs cəzası verildi

O, polis çavuşunu öldürməkdə təqsirli bilinib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis serjantını qətlə yetirməkdə təqsirləndirilən polis mayorunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tural Qafarova hökm oxunub. Hökmə əsasən, 1979-cu il təvəllüdlü Qafarov Tural Kamil oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu il dekabrın 1-də Səbail rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Tural Kamil oğlu Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.


Qeyd edək ki, Tural Qafarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar