ADNA işində təqsirləndirilənlər bəraət istədilər
04 avqust 2010 13:30 (UTC +04:00)

ADNA işində təqsirləndirilənlər bəraət istədilər

Təqsirləndirilən şəxslər son söz dedilər


Avqustun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.


Təqsirləndirilən Nadir Əliyev ağlayaraq bu cinayətdə əli olmadığını, günahsız olduğunu söyləyib: “Əgər bu cinayətdən əvvəlcədən xəbərim olsaydı, gedib, polisə xəbər verərdim. İbtidai istintaq vaxtı məcbur elədilər ki, digər təqsirləndirilən şəxslərin əleyhinə yalandan ifadə verim. Çox işgəncə verdilər. İl yarımdı ki, əziyyət çəkirəm. Mən günahsızam. Fərda Seyid Qasımın yerini soruşub, mən də demişəm. Amma bilsəydim ki, Fərda Seyid Qasımı öldürmək istəyir, deməzdim. Sizdən xahiş edirəm, bir ildir, ana üzünə həsrətəm. Mənim barəmdə ədalətli qərar çıxarın. Mən heç kəsi öldürməmişəm, bu cinayətdə iştirak etməmişəm. Razıyam, məni Cinayət Məcəlləsinin 307-ci (cinayəti, bilib, gizlətmə) maddəsi ilə ittiham edin”.


Sonra təqsirləndirilən Cavidan Amirov son söz deyib. O, cinayət əməlinin sübuta yetirilmədiyini söyləyib: “Mənim bircə günahım olub. O da hadisə baş verən gün Fərdaya zəng eləmişəm. Sizcə, mən bilsəydim, Fərda belə iş tutacaq, ona zəng edərdim? Fərda dayımın oğludur. Hər bir insan dayısı oğluna zəng edə bilər. Mən niyə dayım oğlunun yerinə cəza çəkməliyəm. Videogörüntülərdə Fərda bizim adımızı çəkmir. O, Sergey adlı birisinin adını çəkir. Getsinlər Sergeyi tutsunlar. Tapançanı Fərdaya o, verib. Bizi niyə tuturlar. Bizim günahımız yoxdur. Sizdən xahiş edirəm ki, ədalətli qərar çıxarasınız. Mənə bəraət verin”.


Təqsirləndirilən Nəcəf Süleymanov və Ariz Qabulov da cinayətdə əli olmadığını, məhkəmədən onlar barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.


Məhkəmə kollegiyası hökm çıxarmaq üçün müşavirəyə yollanıb.


Xatırladaq ki, prokuror Abdulla Yusifov təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.


Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28