Bakı İstintaq Təcridxanasında intihar
03 avqust 2010 13:30 (UTC +04:00)

Bakı İstintaq Təcridxanasında intihar

Təqsirləndirilən şəxsin intiharının səbəbi məlum deyil


Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib. Hadisə avqustun 2-dən 3-ə keçən gecə qeydə alınıb.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Sabunçu rayonunda yerləşən İstintaq Təcridxanasında saxlanılan 41 yaşlı Alim İsmayılov özünü kamerada asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.


Mərhumun Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələrdən istifadə etmə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.


Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar