Əzizbəyovun adı sənədlərdən çıxarılır
Xəzər rayonunun adı qanunvericilik aktlarına, qərarlara salınacaq
“Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may tarixli 918 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri”nin “Əzizbəyov rayonu” bölməsinin və “Arxeoloji abidələr”in “Əzizbəyov rayonu” bölməsinin adında, 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Əzizbəyov rayonu” bölməsinin adında “Əzizbəyov” sözləri “Xəzər” sözləri ilə əvəz edilsin.
Qərarda yazılıb ki, Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əlavə - “Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri”nin “Zona 12” bölməsində “Əzizbəyov” sözü “Xəzər” sözü ilə əvəz edilsin.

422