17 yaşlı qızını hamilə qoyan ataya 15 il həbs cəzası verildi
İyulun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə öz qızını zorlamaqda təqsirləndirilən Astara rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağayev Faiq Tahir oğluna hökm oxunub. Hökmə əsasən, Faiq Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Faiq Ağayev 17 yaşlı qızı Təranəni (adı şərtidir) zorlayıb. Bibisi oğlu Sevman Ramazanov ilə nişanlı olan Təranə atasından hamilə qalıb. S. Ramzanov 3 il bundan qabaq bacısını əxlaqsız hərəkətlər etdiyinə görə öldürüb. Onun bu əməlini nişanlısının atası Faiq bilib. Faiq Sevmanı hamilə qızını qəbul etməyi təklif edib. Əks təqdirdə Sevmanı polisə verəcəyini və onun cinayət törətdiyini söyləyəcəyini bildirib. Sevman Faiqin təklifini qəbul etməyərək, özü könüllü olaraq polisə təslim olub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə S. Ramazanova 9 il həbs cəzası kəsilib.
Qeyd edək ki, Faiq Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

594