Arvadını və 1 yaşlı oğlunu öldürən şəxsə ömürlük həbs istənildi
22 iyul 2010 12:15 (UTC +04:00)

Arvadını və 1 yaşlı oğlunu öldürən şəxsə ömürlük həbs istənildi

İyulun 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını və 1 yaşlı oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Akif Sədrinin ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyulun 30-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

İttihama görə, 2009-cu ilin sentyabrında Gəncə sakini, 1964-cü il təvəllüdlü Sədri Akif Əhməd oğlu yaşadığı mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz qızını və oğlu 2008-ci il təvəllüdlü Əli Sədrini öldürüb. Daha sonra o, polisə gələrək könüllü təslim olub.

A.Sədri ibtidai istintaqa ifadəsində hadisəni qısqanclıq zəmində törətdiyini etiraf edib. O, həyat yoldaşı İlhamənin pis yola getdiyini və oğlu Əli Sədrinin başqa kişidən olduğunu söyləyib.

Qeyd edək ki, A.Sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cu (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar