Azərbaycana 1 milyonluq qaçaqmal gətirən dəstəyə hökm oxundu
Mayın 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan-Rusiya marşrutu üzrə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Yunus Bediqov 11 il, Şirzal Fətullayev, Firuz Fətullayev və Ədalət Dadaşovun hər biri 6 il müddətinə məhrum ediliblər.
İttihama görə, MTN və Baş Prokurorluğun birgə həyata keçirdikləri tədbir nəticəsində Azərbaycan ərazisindən Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanıb.
Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayevlər Xaçmazda, dəniz sahilində yaxalanıb. Onlardan qiyməti təxminən 1 milyon ABŞ dolları dəyərində olan müxtəlif növ qaçaqmal aşkarlanıb. Dəstə üzvləri qaçaqmalı Rusiyadan gizli yolla gətiriblər. Keçirilən əməliyyatla dəstənin digər üzvləri Camo və Elman İsrafilovlar da saxlanıblar.
Əməliyyat keçirilərkən mütəşəkkil dəstənin üzvləri MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin tabe olmaq barədə tələbinə əməl etməyib, əksinə odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Nəticədə cavab atəşi ilə Natiq Fətullayev zərərsizləşdirilib, dəstənin digər üzvü Yunus Bediqov isə yaralanaraq xəstəxanaya yerləşdirilib
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.4-cü (qabaqcadan əlbir olan mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılığa cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməklə zor tətbiq etmə) və 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ittiham olunublar.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparıb.
Fərid Əkbərov

353