“Sarısu gölündə suyun səviyyəsi 5 sm azalıb”
“Kür çayında suyun səviyyəsi qalxmaqda davam edir. Dünəndən bu günə səviyyə 10 santimetr qalxıb. Bu da saniyədə 2500 kubmetr suyun ötürülməsi deməkdir”.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə bildirib. ASC prezidenti deyib ki, ən çox artım isə Araz çayında müşahidə olunur: “Burada saniyədə 1154 kubmetr su keçir. İndiyə kimi Arazda bu qədər sululuq müşahidə olunmayıb. Gərginlik artmaqda davam edir”.
Ə.Əhmədzadə deyib ki, dünən Sabirabadın Çığırğan kəndində bəndin yarılması nəticəsində axan su boş çöllərə axıdılır: “Bunun qarşısını almaq məqsədəuyğun deyil. Az ziyanla keçinmə, Neftçala və Salyan rayonlarında gərginliyi azaltmaq üçün buna qərar verdik”.
Onun sözlərinə görə, Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində yerləşən Sarısu gölündə hazırda Sarısu gölündə suyun səviyyəsi 5 santimetr aşağı düşüb: “Bu da bənd bərkitmə işlərinin davam etdirməyə imkan verir. Suyun göl ətrafındakı boş sahələrə və kollektorlara axıdılması yolları araşdırılır”.

466