Şirvan-Astara istiqamətində qatarların hərəkəti dayandırılıb
19 may 2010 11:30 (UTC +04:00)

Şirvan-Astara istiqamətində qatarların hərəkəti dayandırılıb

Dəmir yolunun Şirvan-Astara istiqamətində daşqınların yaratdığı fəsadlar artmaqda davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat şöbəsinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Azadkənd-Salmanlı mənzilinin 19-cu kilometrliyində subasmanın qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Belə ki, bu məqsədi ilə suyu dəmir yolunun bir tərəfindən digər tərəfinə ötürmək üçün yolun torpaq yatağı yarılıb.

Nadir Əzməmmədov deyib ki, 9 may 2010-cu ildə Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrliyində dəmir yolu yatağının altından suyun bir istiqamətdən digər istiqamətə ötürülməsi həyata keçirilib. Həmin gündən Şirvan-Astara istiqamətində qatarların hərəkəti dayandırılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar