Sevgilisi kazinoda azərbaycanlı qadını güllələdi
27 yaşlı Xəyalə Əliyevanın Türkiyədə qanunsuz yaşadığı və işlədiyi məlum olub
Türkiyədə 27 yaşlı Azərbaycan əsilli Xəyalə Əliyeva güllələnib.
Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, olay Dənizli vilayətinin Bekilli rayonundakı “Redstar” kazinosunda baş verib. Xəyalə Əliyeva kazinodan 300 metr uzaqlıqda bir tarlada başından tapança ilə vurulmuş halda ağır yaralı olaraq aşkarlanıb. O, kazinonun ofisiantları Ramazan Özkan və Gökhan Delihıdırlıgil tərəfindən xəstəxanaya aparılıb.
Aparılan araşdırma zamanı kazinoda qan izləri aşkarlanıb. Kazinonun sahibi və Xəyalə Əliyevanın sevgilisi olduğu bildirilən Karapınar soyadlı şəxs saxlanılıb. Xəstəxanada ağır durumda olan Xəyalə Əliyevanın isə viza müddətinin qurtardığı və Türkiyədə qaçaq olaraq çalışdığı məlum olub.

489