Müdafiə Nazirliyi: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əsgər və zabitl heyəti səfərbər olunub”
15 may 2010 17:00 (UTC +04:00)

Müdafiə Nazirliyi: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əsgər və zabitl heyəti səfərbər olunub”

Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə Müdafiə Nazirliyinin 1000-ə yaxın əsgər və zabit heyəti səfərbər olunub. Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

T.Abdullayev bildirib ki, artıq bir neçə gündür, əsgər və zabitlər Kür kənarında aparılan bənd vurma işlərində, əhalinin kəndlərə qaytarılmasında və başqa tədbirlərdə iştirak edirlər.

“Hazırda Müdafiə Nazirliyinin hərbi qüvvələri Sabirabad rayonu ərazisindəki Sarısı gölü ətrafında problemlərin aradan qaldırılması və bənd vurma işlərində bilavasitə iştirak edirlər” – deyə, T.Abdullayev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar