Ölüm avtomobilləri
İki ay ərzində 85 nəfər ölüb, 131 nəfər xəsarət alıb
“N-media” qrupu rəsmi informasiyalar əsasında 2010-cu ilin mart-aprel aylarında baş verən avtomobil qəzalarının statistikasını aparıb. Məqsəd hadisələrin, xəsarət alanların, dünyasını dəyişənlərin sayını, qəzanın növlərini, həmçinin hansı avtomobillərin daha çox qəzaya uğradığını aşkarlamaq olub.
Lent.az-ın məlumatına görə, araşdırmaların nəticəsi mart-aprel ayları ərzində 95 nəqliyyat hadisəsinin baş verdiyini göstərib. Qəzalar nəticəsində 85 nəfər dünyasını dəyişib, 131 nəfər xəsarət alıb. Avtomobil qəzaları zamanı 56 toqquşma, 20 aşma, 7 yanma hadisəsi qeydə alınıb. İki ay ərzində 21 piyada vurulub, 1 nəfər dəm qazından boğulub.
Hadisələrin 46-sı Bakıda, 3-ü Lənkəranda, 2-si Gəncədə, 1-i Bakı-Quba yolunda, 1-i Şəmkirdə, 1-i Qaxda, 2-si Mingəçevirdə, 2-si Ələt-Astara yolunda, 4-ü Bakı-Qazax yolunda, 1-i Bakı-Şamaxı-Yevlax yolunda, 1-i Qobustanda, 1-i Şəkidə, 1-i Tovuzda, 3-ü Qəbələdə, 1-i Bərdədə, 1-i Yevlaxda, 1-i Ucarda, 1-i Qazaxda, 2-si Ağdaşda, 1-i Goranboyda, 1-i Hacıqabulda, 1-i Lerikdə, 1-i Cəlilabadda, 1-i Siyəzəndə, 2-si Biləsuvarda, 1-i Ağdamda, 1-i Füzulidə, 1-i Şabranda, 1-i Ağstafada, 1-i Göyçayda, 1-i İsmayıllı-Şəki yolunda, 2-si Bakı-Şamaxı yolunda, 1-i Gəncə-Daşkəsən yolunda, 1-i Bakı-Sumqayıt yolunda, 3-ü Sumqayıtda baş verib.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayına nisbətən mart-aprel ayında həm nəqliyyat hadisələrinin, həm də ölüm və xəsarət alma hallarının sayı çox olub. Belə ki, yanvar-fevral aylarında 72 nəqliyyat hadisəsi baş vermişdi. Dünyasını dəyişənlərin sayı 55 nəfər, xəsarət alanların sayı isə 97 nəfər olmuşdu.
Qəzaya uğramış avtomobillərə gəlincə, yanvar-fevral aylarında da VAZ (38) və Mercedes (18) markalı avtomobillər daha çox qəzaya uğramışdı. Digər markalardan olan avtomobillərin törətdiyi qəzalar barədə məlumatlar aşağıdakı cədvəldə göstərilir:
Markası Sayı
VAZ 43
Mercedes 23
KamAZ 6
BMW 7
Nissan 4
Hundai Tucson 1
Moskviç 2
QAZ 2
Oka 1
Mikroavtobus 3
Niva 1
Toyota 1
Toyota Prado 2
QAZ-24 2
Hərbi maşın 1
Hyundai 2
Volkswagen 2
Subaru 2
Mercedes (Avtobus) 7
Tofaş 2
Zil 3
Ford 1
Audi 1
Fiat 1
Daewoo 3
Sərnişin avtobusu 1
Range-Rover 1
UAZ 1
Mann 1

421