Qardaş qardaşı öldürdü, yas çadırı quran tapılmadı
14 may 2010 16:15 (UTC +04:00)

Qardaş qardaşı öldürdü, yas çadırı quran tapılmadı

Bakıda baş verən cinayətin təfərrüatları



Xətai rayonunda eyni evdə yaşayan iki qardaş arasında düşən dava birinin digərini öldürməsi ilə nəticələnib. Mayın 13-də axşam saatlarında Xudu Məmmədov 4 A binasının 70-ci mənzilindən Səlimov qardaşlarından Arifin əli qandallı şəkildə, Nazimin isə meyiti çıxıb.

Lent.az-ın əməkdaşı həmin evdə olarkən öyrənib ki, 3 il öncə də 70-ci mənzildən meyit çıxıb. O vaxt isə başqa qardaş – Zaur Səlimov ölüb. Zaurun ölüm səbəbini öyrənə bilmədik.


Kim qursun çadırı?

Qətlin ertəsi günü, 14 mayda məhəllədə matəm çadırı qurulmamışdı. “Kim qursun çadırı, kim ağlasın? Biri ölüb, biri “türmə”də. Qohum-tanış kimin yasını tutsun?” deyirdi qonşuları.


Hadisə baş verən evdə ertəsi gün heç kəs yox idi. Bütün ailə gecədən etibarən polis nəzarətindədir. Təkcə öldürən qardaş – 40 yaşlı Arif Səlimovun 3 yaşlı oğlu Zaur və ona nəzarət edən uzaq bir qohumları evdə idi. A.Səlimovun 3 yaşlı oğlu və iki yaşlı qızı var. Oğlu Zaurun adını 3 il əvvəl ölən qardaşı Zaurun xatirəsinə qoyub. 44 yaşlı Nazim Səlimovun isə ailəsi olmayıb. Qonşuların dediyinə görə, əvvəllər evli olsa da, daha sonra yoldaşından ayrılıb.


“Tez-tez dalaşırdılar”

Qonşuların söylədiyinə görə, qardaşlar hərdən dalaşırmışlar. Mayın 13-də səhər saatlarında da növbəti dəfə dalaşıblar və bunu bir neçə qonşu eşidib. Anaları Lida xanım da davadan ürəyi sıxılaraq bayıra çıxıbmış. Axşam düşən dava isə ölümlə nəticələnib.

Səlimovlar polis sahə məntəqəsi ilə qonşudurlar

Səlimovlar 36-cı polis bölməsinin sahə məntəqəsi ilə qonşudurlar. Xudu Məmmədov 4 A-nın 7-ci blokunda Səlimovlar qalır, 8-ci blokda isə polis sahə məntəqəsi yerləşir. Qapısını döysək də, həmin məntəqədən cavab verən olmadı.

Qabırğaları qırıq-qırıq olub

Əvəzində həmin vaxt məhəllədə olan və özünü meyitxananın eksperti kimi təqdim edən bir nəfər Nazim Səlimovun cəsədi barədə məlumat verdi: “Başında yüngül xəsarət var idi. Əsasən qabırğaları qırıq-qırıq olmuşdu. Bu da onu göstərir ki, küt alətlə çox güclü zərbələr vurub”.

Atanın isə oğullarının aqibətindən xəbəri yoxdur

Bütün olub-bitənlərdən isə qardaşların atasının xəbəri yoxdur. Ata Əli Səlimov bu günlərdə başqa bir yerdə qaldığından evində baş verənlər barədə hələ heç nə bilmir.


Xətai rayon Prokurorluğu qardaşını öldürən Arif Səlimovun daha əvvəllər də məhkum olunduğunu bildirir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28