Sərdar Cəlaloğlunun qardaşı oğluna 5 il həbs istənildi
Mayın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə ADP sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Altay Məmmədov və Əziz Abdullayev, Rəşad Rzayev, Vahid Əhmədov, Elvin Qurbanov, Adil Xiyilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Arif Quliyev vəsatət qaldırıb.
Prokuror təqsirləndirilənlər – Ə. Abdullayev və R. Rzayevin barəsində olan Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (soyğunçuluq təkrar törədildikdə), 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 182.2.1, 182.2.2, 182.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə) maddələrinə xitam verilməsini xahiş edib. Prokuror bildirib ki, məhkəmədə Ə. Abdullayev və R. Rzayevin həmin maddələr üzrə cinayəti sübuta yetirilməyib.
Məhkəmə heyəti müşavirə keçirərək, həmin maddələr üzrə ittihamlara xitam verilməsi barədə prokurorun vəsatətini təmin edib.
Daha sonra prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror A. Məmmədovun 5 il, Ə. Abdullayevin 4 il, R. Rzayevin 2 il, V. Əhmədovun 4 il, A. Xiyilovun 3 il, E. Qurbanovun 9 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Prokuror zamində olan hərbiçilər Qurbanov və Xiyilovun məhkəmə zalından həbs edilməsini də istəyib.
Məhkəmə prosesi mayın 17-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, Altay Məmmədov “Hürriyyət” qəzetinin redaktoru Süleyman Məmmədlinin oğludur. O, ötən il Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çəkib. Bu il oktyabrın 6-da hərbi xidməti başa vuraraq ordudan tərxis olunub. Noyabrın 10-da Cinayət Məcəlləsinin hərbi qulluqçunu qrup şəklində təhqir etmə, döymə və ya işgəncə vermə maddəsi ilə ittiham olunaraq həbs edilib. Altay Məmmədov Cinayət Məcəlləsinin 331.3, 332.2.3, 180.2.1, 2.2, 2.4, 182.2.1, 2.2, 2.3 və 341.2.1-ci maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

424