Nazir müavini: “Bütün tədbirlər görülüb ki, su kəndlərə çatmasın”
13 may 2010 14:00 (UTC +04:00)

Nazir müavini: “Bütün tədbirlər görülüb ki, su kəndlərə çatmasın”

Bu gün saat 16:30 radələrində Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sədri Əhməd Əhmədzadə və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Sarısugölü yaxınlığında bəndin yarıldığı yerə baş çəkiblər.


Lent.az-ın təbii fəlakət zonasına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, onlar hadisə yerinə helekopterlə gəliblər. O.Hacıyev Lent.az-ın əməkdaşı ilə söhbətində hazırda Sarısu gölü ətrafında yerləşən kəndlərin durumunun sabit olduğunu bildirib: “Hələ ki, su yaxınlıqdakı kəndlərə çatmayıb. Bütün tədbirlər görülüb ki, su kəndlərə çatmasın”.


Qeyd edək ki, Sarısu gölü ətrafında Saatlı rayonunun bir neçə kəndləri yerləşir.



Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar