“GEN” MMC-nin məhkəməsi yekunlaşdı
Təqsirləndirilən şəxslər əmlakı müsadirə olunmaqla uzunmüddətli həbsə məhkum ediliblər
Mayın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilənlər, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, həmin şəxslərin əmlakları müsadirə olunub.
Onların arasında zaminə buraxılmış 4 nəfər də məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elbrus Əliyevə 15 il, Nəbi Məmmədov, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasovun hər birinə 12 il, Kamran Əhmədov və Ramil Əliyevin hər birinə 10 il, İlkin Səfərov və Mehparə Cəfərzadəyə isə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

353