DİN-in polkovniki iş yerində keçinib
13 may 2010 11:30 (UTC +04:00)

DİN-in polkovniki iş yerində keçinib

Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsində ölüm hadisəsi baş verib.


Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. DİN-in Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin baş inspektoru, polis polkovniki Gündüz Qarayev iş başında dünyasını dəyişib.


DİN PQMİ-dən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, nahardan sonra işə qayıdan G.Qarayevin səhhəti qəflətən pisləşib. İdarənin ayaqyoluna keçərək əl-üzünü yuyan polkovnik elə oradaca dünyasını dəyişib.


Hadisə barədə Nəsimi rayon Prokurorluğu məlumatlandırılıb. Baş inspektorun meyitinə baxış keçirən ekspertlər ilkin olaraq, onun ürək tutmasından öldüyünü təsdiqləyiblər. G.Qarayevin meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Polkovnikin ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.


Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar