Ruhi xəstə Sumqayıtda aləmi qatıb
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və o, giriş qapısını içəridən qəsdən bağlayaraq, ailə üzvlərini mənzilə buraxmır.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək, 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub, giriş qapısını açıblar. Vətəndaş mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanıb. Xilasedicilər psixoloji söhbətlər apararaq, xəstəni sakitləşdirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:00-da başa çatıb.

359