3 nəfər Sabirabad sakini selin işindən xilas edildi
Mayın 12-də Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri vertolyotla 3 nəfər Sabirabad sakinini sularda boğulmaqdan xilas edib. Lent.az-ın Sabirabaddan verdiyi məlumata görə, həmin şəxslər su basmış Ulacalı kəndindən çıxarılıb.
Xilas edilən 3 nəfərdən biri – 48 yaşlı Vəli Əhmədovun Lent.az-a bildirdiyinə görə, o ailəsini qonşu rayona qohumları gilə göndərdikdən sonra evə qayıdaraq bəzi vacib əşyaları götürmək istəyib. Lakin bu zaman sel gəlib və o su içində köməksiz qalıb.
FHN-in xilas etdiyi şəxslər təcili yardım maşınları ilə Sabirabaddakı qərargaha aparılıb və nasazlıqları olanlara yardım göstərilib.
Pərvin Abbasov

381