Nazirlər təbii fəlakət zonasına gəlirlər
Jurnalistlərə vertolyot ilə Sabirabad rayonunun su altında qalan kəndlərinə baxış keçirməyə imkan yaradılıb
Azərbaycanı hökumətinin üzvləri təbii fəlakət zonasındadırlar.
Lent.az-ın verdiyi məlumata görə, bu gün Sabirabad rayonunun su altında qalan kəndlərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış operativ qərargaha rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da baş çəkiblər.
Hazırda fəlakət bölgəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər var.
Hazırda bəndqurma işləri aparılır, ərazidə Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların əməkdaşları çalışırlar.
Bu gün bir qrup jurnalistə də Fövqəladə Hallar Nazirliyinin vertolyotu ilə Sabirabad rayonunun su altında qalan kəndlərinə baxış keçirməyə imkan yaradılıb. Jurnalistlər vəziyyətlə tanış olub, çəkiliş aparıblar.
Pərvin Abbasov

314