Daşkəsəndə çat verən məktəbin şagirdləri başqa məktəbə köçürülüb
12 may 2010 12:00 (UTC +04:00)

Daşkəsəndə çat verən məktəbin şagirdləri başqa məktəbə köçürülüb

Məktəbdə 200-dən artıq şagird təhsil alır

Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində istinad divarları çatlayan orta məktəbdə dərs dayandırılıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Daşkəsən rayon Təhsil şöbəsinin rəisi Nazim Verdiyev bildirib. Onun sözlərinə görə, Yuxarı Daşkəsən qəsəbə məktəbində təhsil alan 259 şagird yaxınlıqdakı digər məktəbə köçürülüb.

Bunun səbəbi məktəblilərin təhlükəsizliyini təmin etməkdir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar