Jurnalistlə aşığın mübahisəsini polis araşdıracaq - QALMAQAL
11 may 2010 19:30 (UTC +04:00)

Jurnalistlə aşığın mübahisəsini polis araşdıracaq - QALMAQAL

“El içində” televiziya proqramının buraxılışlarından biri jurnalist Tahirə Məmmədqızı və aşıq Namiqin qarşıdurmasına və kəskin münaqişəyə səbəb olub. Tahirə Məmmədqızı aşıq Namiq barəsində Xətai rayon 35-ci polis bölməsinə şikayət edib. Jurnalist hadisəni təfərrüatı ilə Lent.az-a danışıb: ““El içində” verilişinə dəvət olunmuşdum. Verilişin mövzusu aşıq sənətinin davamçıları, aşıq yaradıcılığının problemləri idi. Orada aşıq Namiq adlı birisi də çıxış edirdi. Veriliş boyu xanım həmkarlarına qarşı kifayət qədər savadsız ifadələr işlədirdi. Bu halı mən də gördüm, bir balaca mübahisə etdim. Ertəsi gün onlarla bağlı bir yazı hazırladım. Dünən mayın 10-da, saat 14:00 radələrində Namiq adlı şəxs mənim telefonuma zəng vuraraq, gün ərzində bir neçə dəfə ölümlə hədələdi. Mən də məcbur olub Bakı Baş Polis İdarəsinə müraciət etdim. Oradan mənə məsləhət gördülər ki, Daxili İşlər Nazirliyinin 102 nömrəli qaynar xəttinə müraciət edim. 15 dəqiqə sonra Daxili İşlər Nazirliyindən mənə məlumat verdilər ki, sizin haqqınızda məlumat bizə çatıb”.

Jurnalist bildirib ki, yaşadığı ərazidə, Xətai rayon 35-ci polis bölməsində şikayət ərizəsini qəbul ediblər, qarşı tərəflə bağlı iş qaldırılıb.

Tahirə Məmmədqızı əlavə edib ki, bu hadisədən sonra aşıq Namiqin yaxınları doğmaları üzrxahlıq edərək, münaqişəyə son qoymasını istəyiblər.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar