Şəmkirdə yol polisi qətlə yetirilib
11 may 2010 19:15 (UTC +04:00)

Şəmkirdə yol polisi qətlə yetirilib

Onu saxladığı avtomobilin sahibi daşla öldürüb

Mayın 11-də saat 2 radələrində Bakı-Qazax yolunun Şəmkir rayon ərazisində Baş Dövlət Yol Polisi alayının 9-cu tağımının inspektoru, 1969-cu il təvəllüdlü Məmmədov Mehman Tapdıq oğlu avtomobilini saxladığı sürücü, Şəmkir rayon Könüllü kənd sakini Kazımov Elşən Şücaət oğlu ilə mübahisə nəticəsində qətlə yetirilib.

Elşən Kazımov yol polisini başına daşla vuraraq öldürüb.

Şəmkir rayon Prokurorluğundan Lent.az-ın Gəncəbasar müxbirinə veriləni məlumata görə, faktla bağlı araşdırma aparılır.

Təfərrüatları dəqiqləşdirməyə çalışırıq...

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar