Dələduz ali məktəb rəhbəri azadlığa buraxıldı
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Ümumdünya Texnologiya Universitetinin Bakıdakı filialının rəhbərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ali məktəb rəhbərinə hökm oxunub. Hökmə əsasən, Zülfü Babayev 2 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, keçən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Z.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, “Nab” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olan Zülfi Babayev dövlət qeydiyyatı və lisenziyası olmadan Moskva şəhərində yerləşən YUNESKO “Ümumdünya Texnologiya Universiteti”nin rəhbərliyi ilə aralarında bağlanmış 01 fevral 2008-ci il tarixli, 007-PI nömrəli müqaviləyə, həmçinin həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməyə əsaslanaraq tədris kursları təşkil etmək adı altında Bakıda bu universitetin nümayəndəliyini yaradıb.
Z.Babayev Azərbaycan ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah edərək, nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsilə tələbələr cəlb edərək, bu şəxslərə tələbə biletləri, imtahan kitabçaları verməklə müvafiq tədris işlərini həyata keçirib. O, qanunsuz fəaliyyət göstərən tədris müəssisəsində müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi gənclərdən 700 manat pul alıb. Bununla da külli miqdarda gəlir əldə edən Z.Babayev adıçəkilən şəxslərə külli miqdarda ziyan vurub.
O, 2009-cu ilin martın 12-də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində tutulub. Cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmək), 192.1-ci (qanunsuz sahibkarlıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

605