Cəlilabad sakini özünü asıb
Azərbaycanın Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Bu barədə APA-ya Cəlilabad rayon Prokurorluğundan bildirilib. Hadisə mayın 7-də rayonun Kazımabad kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Hasil Ağayev qonşusuna məxsus evdə özünü asıb. Onun meyiti hadisə baş verəndən bir neçə saat sonra yaxınları tərəfindən aşkar edilib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlumat deyil.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

407