Ağdam sakini özünü yandırıb
Ağdamda məcburi köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində intihar hadisəsi baş verib.
Rayonun Qalayçılar kəndindən məcburi köçkün olan 1954-cü il təvəllüdlü Cəfərov Nizami Hüseyn oğlu özünü yandıraraq öldürüb.
N.Cəfərovun qohumları APA-nın Qarabağ bürosuna deyiblər ki, mərhum uzun müddətdir, əsəb xəstəliyindən əziyyət çəkirmiş. Bu gün səhərə yaxın o, yaşadığı 573 saylı evin həyətində üstünə neft tökərək özünə od vurub. N.Cəfərov aldığı yanıq xəsarətlərindən yerindəcə keçinib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.

363