Terror barədə yalan məlumat verən azadlığa buraxıldı
06 may 2010 13:30 (UTC +04:00)

Terror barədə yalan məlumat verən azadlığa buraxıldı

Mayın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı Metropoliteninin Əzizbəyov stansiyasına bomba qoyulması ilə bağlı yalan məlumat verən Füzuli rayon sakinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.




Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdən təqsirləndirilən 1993-cü il təvəllüdlü Əliyev Elnur Azad oğluna hökm oxunub. Hökmə əsasən, E.Əliyev 2 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, 2010-cu il yanvarın 5-də E.Əliyev mobil telefonla Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə zəng edərək, metronun Əzizbəyov stansiyasına bomba qoyulması ilə bağlı məlumat verib. FHN-nin və hüquq-mühafizə orqanlarının apardıqları axtarış zamanı partlayıcı aşkarlanmayıb.


Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Əliyev polis tərəfindən saxlanılıb.



E.Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar