“Mühasibi öldürüb, pulu ilə saunaya getdim”
Öldürdüyü adamın ailəsinə başsağlığı verən qatildən inanılmaz etiraflar
2009-cu il noyabrın 21-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə “KİA SPORTAGE” markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyit aşkarlanıb.
Aparılmış istintaqla mərhumun Bakı şəhərində fəaliyyət göstərən “Modern-Hospital” klinikasında baş mühasib işləyən 1965-ci il təvəllüdlü Əsədov Firamin İsa oğlu olduğu müəyyənləşib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənin qeyd edilən klinikada əməyin mühafizəsi üzrə mühəndis işləyən 1980-ci il təvəllüdlü Kərimov Ceyhun Möhübbət oğlu olması məlum olub.
Əzizbəyov rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə iştirak etmiş şəxslər - Ceyhun Kərimov və onun dayısı, Binə qəsəbə sakini Zahir Qasımov tutularaq istintaqa təhvil verilib.
Lent.az Firamin Əsədovun qətli ilə bağlı cinayət işinin təfərrüatlarını təqdim edir.
Baş tutmayan plan
Cinayət işinin istintaqı zamanı ifadə verən C.Kərimov “Modern Hospital” tibb klinikasında santexnik işlədiyini bildirib. Kərimov deyib ki, klinikanın baş mühasibi Firamin Əsədov onunla yaxşı münasibətdə olub. Ailəli və iki uşağının olduğunu söyləyən C.Kərimov məvacibinin 500 manat olduğunu bildirib: “Evimi təmir etmək üçün borca düşmüşdüm. Pul tapa bilmirdim. Nəhayət qərara gəldim ki, nə yolla olur-olsun bu pulu əldə edib, borclarımı qaytarım. Bu məqsədlə dayım Zahir Qasımovun yanına gəldim. Ona dedim ki, iş yerimdə mühasib var, cavan oğlandır, adı da Sənandır. Hər ayın sonunda çanta ilə “Accessbank”a pul aparır. Çantada hardasa 35-40 min manat olur. Həmin pulu ələ keçirmək lazımdı. Dayım razılaşdı. Dayıma Sənanı və banka necə getməsini göstərdim. Ona dedim ki, banka gedəndə hansı vasitə ilə olur-olsun, əlindən çantasını alıb qaçsın. Oktyabr ayının sonu idi. Sənan banka pul aparırdı. Mən Zahirə xəbər verdim. Lakin Zahir bu cinayəti törədə bilmədi. Ondan nəyə görə çantanı almamasını soruşdum. Dayım tutulmaqdan qorxduğunu söylədi”.
İkinci plan
C.Kərimov həmin cinayəti noyabrın ayının əvvəllərində yenidən planlaşdırdıqlarını bildirib: “Noyabr ayının 5-də Sənanla klinikada durub siqaret çəkirdik. Bu zaman Sənan dedi ki, bir gün mənin başımdan vurub, pulları əlimdən alacaqlar. Sənanın bu sözləri mənə təsir elədi, ona yazığım gəldi. Fikirləşdim ki, ona qarşı bu cinayəti törətməyək. Sənan həmin gün xəstəxananın maşını ilə pulu banka apardı. Mən dayıma telefonla dedim ki, haçan desəm, onda gəlsin. Bundan sonra dayımgilə getdim. Ona dedim ki, baş mühasibimiz Firamin Əsədovun seyfində çoxlu pul görmüşəm. Çalışacağam ki, seyfin açarın götürüm və həmin pulu oğurlayım. Əgər alınmasa, bir yerdə onun avtomaşınına minərik, yolda mən düşərəm, dayım açarı ondan alar. Zahir isə dedi ki, ona elə vurar, yerindən tərpənə bilməz. Sonra Zahir mənə bilyard şarı boyda dəmir bir şar verdi. Dedi ki, bunu özümdə saxlayım. Firaminin maşınına minəndə bizə lazım olacaq...”
“Təhlükəsizlik kəməri Firaminin boğazına ilişmişdi”
O, noyabrın 18-də axşam saatlarında klinikada F.Əsədovun pilləkənlərdən aşağı endiyini gördüyünü deyir: “Tez dayıma zəng edib “Əzizbəyov” metrostansiyasının çıxışına gəlməsini söylədim. Firamin maşınına minən vaxtı isə yanına gedib ondan məni də evimə aparmasını xahiş elədim. Firamin məndən bu vaxtı nə üçün evə getdiyimi soruşdu. Ona evdə plastik boruları yapışdırmaq üçün ütü qaldığını, həm onu gətirməyə getdiyimi, həm də rayondan onun üçün bal gətirdiyimi söylədim. Yolda məni gözləyən Zahiri də götürdük. Zahir maşının arxa oturacağında oturdu. Mən gizlicə, Firamin hiss etmədən Zahirin mənə verdiyi dəmir şarı Zahirə verdim. Biz maşınla “Baksol” qəsəbəsinə gəldik. Mən maşını qaranlıq bir döngəyə sürdürdüm. Dedim ki, burda maşını saxlasın, mən balı gətirim. Maşından düşüb, dalana keçdim. Dərhal Zahirə zəng etdim: “Sən başla!” . Bir də onu eşitdim ki, Firaminin maşınının siqnal səsi gəlir. Mən onlara çatanda maşının qapısı Firamin tərəfdən açıq idi. Təhlükəsizlik kəməri Firaminin boğazına ilişmişdi. O, çıxmağa cəhd edirdi. Əllərini tutdum, bu zaman Zahir cibindən bıçağı çıxarıb Firamini vurmağa başladı. Həmin vaxt Firaminin telefonuna zəng gəldi. Bu onun yeznəsi Fikrət idi. Telefonu söndürdüm. Firamin artıq müqavimət göstərmirdi. Hiss elədim ki, o, artıq ölüb.
Onun cibindən 55 manat pulu və seyfin açarın götürdüm. Sonra bir təhər köməkləşib Firamini qatlanmış vəziyyətdə maşının yük yerinə qoyduq. Onun ayaqları maşının arxa şüşəsindən azacıq görünürdü. Sonra maşına oturub dalana sürdüm. Əlim-ayağım əsirdi. Zahir dedi ki, maşını cəsədlə birlikdə suya ataq, razılaşdım. Yolda Zahir fikrini dəyişdi. O dedi ki, maşında əl izlərimiz var. Gərək maşını da, cəsədi də yandıraq. Maşını Zahirgilin evinə sürdüm. Həyətdə bir kənarda saxladım. Zahir maşından düşüb evinə getdi. Bir neçə dəqiqədən sonra əlində bir kanistr benzinlə qayıtdı. Kanistri maşına qoyub, yenidən evinə qayıtdı. Öz köhnə “QAZ 21” markalı maşını ilə həyətdən çıxdı. Qapını açıb mənə dedi ki, arxasınca gedim”.
“Meyitin üstünə təkər qoyub, benzin tökdük”
Sonra Ceyhun maşını dayısının arxasınca sürür: “Zahir yolda zibilxananın yanından keçəndə iki təkər götürüb maşına atdı. Daşlı-qumlu yollarla bir təpənin yanına gəldik. Təkərin birini Firaminin maşının oturacağının üstünə, digərini isə cəsədin üstünə qoyduq. Maşının içərisinə və üzərinə benzin tökdük. Mən yandıra bilmədim. Çünki bərk xəzri əsirdi. Zahir kibriti məndən alıb, özü yandırdı. Maşın alışmağa başladı. Zahirin maşınına minib həmin yerdən aralandıq”.
Adamı öldürüb yandırandan sonra iki gün saunaya gedib...
O, dayısı Zahirgilə gəlib paltarlarını dəyişir: “Çünki paltarım qanlı idi. Bundan sonra Zahirlə birlikdə bir taksiyə minib iş yerimə -“Modern Hospital”-a gəldik. Zahir içəri girmədi. O, klinikanın yanındakı binaların yanında gözlədi. Gözətçilərlə salamlaşıb yuxarı - Firaminin otağına qalxdım. İçəri girib, Firaminin cibindən götürdüyüm açarla seyfi açdım. Seyfdə iki kağız bükümdə, dəstələnmiş pullar və sənədlər vardı. Bükümlərdən birinin üzərinə 3800 rəqəmi, O birisini üzərinə isə 3000 yazılmışdı. Bükümlərdəki pulu götürüb cibimə qoydum. Dəstələnmiş pulları isə sellofan torbaya qoydum. Torbanı da köynəyimin altında gizlədib otaqdan çıxdım. Heç kəs şübhələnməsin deyə, qeydiyyat otağında oturan tibb bacısından evə taksi ilə getmək üçün 10 manat aldım. Dərhal klinikadan çıxıb Zahirin yanına gəldim. Onunla bir taksiyə oturub Biləcəriyə getdik. Orada olan “Dalğa” restoranının yanında düşüb, yarımçıq tikililərin altında alaqaranlıqda pulları saydıq. Mən torbada olan pulları Zahirə göstərdim. Bükümdə olan pulları isə ondan gizlətdim. Zahir pulları saydı. Torbada 16000 manat pul vardı. Ümumilikdə 22800 manat pul elədi. Zahir torbada olan puldan mənə 1000 manat verdi. Qalan pulları götürüb evinə getdi. Mən isə həmin yaxınlıqdakı saunaya getdim. Saunada 100 manat verib 28 yaşlı bir qızla cinsi əlaqədə oldum. Bundan sonra həmin qıza başqa bir qızla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. O, mənə yeni bir qız gətirdi. Həmin qız 70 manat pul verib onunla cinsi əlaqədə oldum. Səhərə yaxın saunadan çıxdım. Evə getdim. Hamı yatmışdı. Əynimdəki paltarı soyunub yatağa girdim”.
Qanlı pullarla qaytarılan borc və evə alınan əşyalar
Günorta yuxudan durandan sonra o, həmin puldan götürüb borcunu ödəməyə gedib: “Müxtəlif dükanlara olan 2750 manat borcumu qaytardım. Elektrik malları satan bir mağazadan ümumi dəyəri 2150 manat dəyərində soyuducu, videokamera, mobil telefon, paltaryuyan maşın və digər məişət əşyaları aldım. Pulların hamısını götürməmişdim. Ona görə də, 390 manat borclu qaldım. Evə gəldim, pul götürüb inşaat malları dükanına getdim. Lazım olan tikinti materiallarını alıb evə göndərdim. Sonra Zahirgilə gedib ondan 2000 manat pul istədim. Dayım istədiyim pulu mənə verdi. Həmin pulu götürüb “Lido” restoranının yanındakı saunaya getdim. Həmin saunada iki qızla cins əlaqədə oldum. Saunada xərclədiyim pulun miqdarı yadımda deyil...”
“Anam və qardaşımla birlikdə Firaminin ailəsinə baş sağlığı verməyə getdik”
C.Kərimov daha sonra danışır: “Mənim belə pul xərcləməyim evdəkiləri şübhələndirmişdi. Anam və qardaşım bu qədər pulun məndə haradan olduğunu soruşdu. Mən aldığım malları kreditlə götürdüyümü söylədim. Lakin qardaşım gedib dükandan soruşmuşdu. Oradan demişdilər ki, alınan mallar nağd pula alınıb. Sonra onlara bir evdə santexnika işi gördüyümü və ev sahibinin qabaqcadan pul verdiyini söylədim. Firaminin qətlə yetirildiyi haqda məlumatlar artıq yayılmışdı. Nədənsə, anam və qardaşım məndən şübhələnməyə başladılar. Mən şübhələri özümdən kənarlaşdırmaq üçün noyabrın 21-də anamı və qardaşımı götürüb Firaminin qudası Fikrətin evinə gəldik. Fikrət dedi ki, Firaminin maşınını və meyitini yandırıblar. Mən daxilən çox həyəcan keçirdim. Onlara başsağlığı verəndən sonra evimizə qayıtdıq”.
Dayı bacısı oğlunun dediklərin təsdiqləyir
Digər təqsirləndirilən şəxs Zahir Qasımov ibtidai istintaqa ifadəsində Ceyhunun dediklərini təsdiqləyib. O, F. Əsədovdan iş otağındakı seyfdən götürülən 16000 min manatın 7000 manatını Ceyhuna, 9000 manatını isə özünə götürdüyünü bildirib: “Ceyhunda əlavə 6800 manatın olduğunu bilmirdim...”
Hadisədən 10 gün sonra isə cinayətin üstü açılıb və qatillər yaxalanıblar.
Onları ömürlük həbs cəzası gözləyir
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu cinayət işi üzrə məhkəmə başlayıb. C. Kərimov və Z.Qasımova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 181.3.2-ci (Quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.3.3-cü (. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 186. 2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya talama zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 177.3.2-ci (Oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar sübuta yetirildiyi təqdirdə onları ömürlük həbs cəzası gözləyir.
Fərid Əkbərov

858