Qubanın daha bir kəndində torpaq sürüşməsi baş verib
Sürüşmə zonasında 8 ev var
Qubanın daha bir kəndində torpaq sürüşməsi baş verib. Rayonun Küsnət kəndində baş verən sürüşmə 8 hektar ərazini əhatə edir. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov Lent.az-a bildirib ki, sürüşmə prosesi hazırda davam edir. Həmin ərazidə 8 yeni inşa olunan yaşayış evi var.
Kəndin icra nümayəndəsi Əsəd Qurbanovun Lent.az-a verdiyi məlumata görə, təhlükəli zonada yerləşən ailələrə vəziyyət barədə məlumat verilib.
Sahib Məmmədov rayonun sürüşmə baş verən digər kəndində, Güləzidə 6 ailənin artıq yaxınlarının evlərinə köçürüldüyünü bildirdi. Quba-Qonaqkənd yolunda baş verən sürüşmə nəticəsində rayon mərkəzi ilə əlaqəsi kəsilən 34 kəndlə gediş-gəliş artıq təmin olunub. Həmin ərazidə alternativ yol çəkilib. Sürüşmə baş verən kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Rayon FHK-nın sədri mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinə müraciət edildiyini dedi.

472