Sakinlərin aksiyası insidentsiz başa çatdı
01 may 2010 14:30 (UTC +04:00)

Sakinlərin aksiyası insidentsiz başa çatdı

“Qış parkı” tikiləcək ərazidə evləri sökülən vətəndaşlardan 60 nəfərinin keçirdiyi etiraz aksiyası insidentsiz başa çatıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, sakinlər Füzuli küçəsi boyunca Füzuli meydanına doğru heç bir şüar səsləndirmədən yürüş ediblər. Onlar daha sonra eyni qayda ilə Şəmsi Bədəlbəyli küçəsiylə hərəkət ediblər. Ərazidə Post Patrul avtomobili görünüb. Polis əməkdaşları sakinlərdən nə üçün yürüş etdiklərini soruşub. Sakinlər səbəbini deyib. Polislər aksiyaya müdaxilə etməyib.

Aksiyanın sonunda sakinlər adından Azərbaycan prezidenti İlham Əliyevə, Nazirlər Kabinetinə və Milli Məclisə müraciət oxunub. Müraciətdə sakinlər pozulmuş hüquqlarının bərpa olunmasını istəyiblər.

Qeyd edək ki, sakinlər söküləcək evlərinə verilən kompensasiyanın azlığından şikayətlənirlər. Hər kvadratmetrinə verilən 1500 manatla razılaşmayan sakinlər 5000 manat tələb edirlər.

Artıq onlardan 15 nəfəri məhkəməyə də müraciət edib. Sakinlər bildiriblər ki, onlardan 3 ailəni Bakı Şəhər İcra Hakimiyyəti evlərini tərk etmədiyinə görə məhkəməyə verib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar