FHN Tovuzdakı faciə ilə bağlı rəsmi məlumat yaydı
Bir ailənin 4 üzvü torpaq altında qalıb, 2 nəfərin cəsədi çıxarılıb
27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib və bir fərdi ev torpaq altında qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olub. Əkbər Məmmədovun və Növrəstə Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilib.

341