“Fərda Qədirovla göz-gözə gəldim, adama oxşamırdı”
Neft Akademiyasındakı qətliamla bağlı məhkəmədə zərərçəkənlər dindirilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Hadisə zamanı həyatını itirən Məcnun Vahidovun oğlu Əziz Vahidov ifadəsində bildirib ki, atası hadisə zamanı başından xəsarət alıb. O, təqsirləndirilən şəxslərin günahı sübuta yetirildiyi təqdirdə ən ağır cəzaya məhkum edilməsini istəyib. Bu zaman təqsirləndirilən Cavidan Əmirov zərərçəkmişə sual verib: “Əgər istəyirsənsə, sənin atanı öldürən və onun sifarişin verənlər tapılsın, onda məhkəmədən bunu tələb edin”.
Sonra zərərçəkmiş İlkin Şirəliyev ifadə verib. O hadisəni törədən Fərda Qədirovla göz-gözə gəldiyini bildirib: “Aprelin 30-da dərsdə idim. Saat 10:28-də partlayış səsləri gəldi. Hamı təlaş içində idi. Biz tez auditoriyadan çölə çıxdıq. Gördük ki, yerdə bir neçə nəfər qanlar içində uzanıb. Tez uşaqlarla içəri girib, otağın qapısının ağzına partaları yığdıq. Bir neçə saniyədən sonra əli silahlı şəxs bizim otağın qapısını açmağa cəhd göstərdi. Lakin aça bilmədi. Ona görə də, qapının pəncərəsini sındırdı, bu zaman mən onunla göz-gözə gəldim. O, silahı bizə tərəf tuşladı, Biz aşağı əyildik. O, bir neçə dəfə atəş açdı. Mən belimdən yara aldım. Tələbə yoldaşım Elvin Cəmiyev isə boğazından yaralandı”.
İ.Şirəliyev bildirib ki, onlara atəş açan şəxsin 25-26 yaşı olardı: “O, tək idi. Adama oxşamırdı. Sifəti çox əcaib idi”.
Daha sonra digər zərərçəkmiş Bəxtiyar Cəfərov ifadə verib. O da ifadəsində F.Qədirovla göz-gözə gəldiyini bildirib: “Fərda Qədirov heç bir söz demədən hamıya atəş açırdı. Güllələrdən biri də mənə dəydi”.
Hadisə vaxtı həlak olan tələbə Emin Abdullayevin anası İra Abdullayeva bildirib ki, oğlunun ölüm xəbərini telekanallarda gedən xəbərlər proqramından eşidib: “Akademiyada hadisə barədə mənə xəbər veriləndə, tez oğluma zəng elədim. Telefona bir polis cavab verdi. Polis dedi ki, Emin burda deyil. Sonra bacım oğluna zəng elədim. O da məni aldatdı. Sən demə, polis də, bacımoğlu da Eminin cəsədinin yanında imişlər”.
İ.Abdullayeva F.Qədirovun istifadə etdiyi silahla belə cinayəti törətməyin mümkün olmadığını söyləyib: “Tapança ilə bu qədər atəş açmaq olmaz. Belə silahın lüləsi tez qızır. Ona görə də, mən inanmıram bu silahla onlara atəş açılıb”.
Sonra zərərçəkmiş Valeh Qurbanov və Cəlal Qasımovun ifadələri dinlənilib.
Prosesdə təqsirləndirilən Nadir Əliyevin vəkili dəyişib. Yeni vəkil Elman Ağayev işlə tanış olmadığına görə, məhkəmədən vaxt istəyib.
Məhkəmə bunu nəzərə alaraq növbəti prosesin mayın 3-də keçirilməsi haqqında qərar qəbul edib.
Fərid Əkbərov

416