Hacıqabulda qardaş bacısının başını kəsdi
19 aprel 2010 14:00 (UTC +04:00)

Hacıqabulda qardaş bacısının başını kəsdi

Azərbaycanın Hacıqabul rayonunda qardaş bacısını qətlə yetirib. Bu barədə
APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.


Məlumata görə, bu gün saat 11.20 radələrində Hacıqabul rayon sakini M.Əsədov küçəsi, ev 7 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Kərimov Müqabil Həsən oğlu H.Həmidov küçəsi, 83 a ünvanında yaşayan, 1962-ci il təvəllüdlü bacısı Səmədova Qətibə Həsən qızının boğaz nahiyəsindən başını kəsməklə qətlə yetirib. Qətli törədən M.Kərimov 12.20 radələrində özü polisə təslim olub. Məlumata görə, M.Kərimov qətli törətməsini ortada faiz borcunun olması ilə əsaslandırıb.


Hacıqabul rayon Prokurorluğunun müstəntiqi Faiq Nadirov isə APA-ya bildirib ki, hələlik araşdırma aparılır və qətlin səbəbləri tam aydın deyil.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar