Ölüm yatağında olan şəhid övladının ürək ağrıdan hekayəsi
Ürəyi yananlar da, yanmayanlar da var...
Redaksiyamıza ürək ağrıdan bir müraciət daxil olub. 4 ay əvvəl, bu il yanvarın 1-də hərbi xidmətini başa vuraraq tərxis olunan Ələsov Vüqar Əhəd oğlu ağır qan xəstəliyi olan kəskin leykozdan əziyyət çəkir və gəncə təcili çox nadir tapılan IV Rp- (4 mənfi) qrupundan qan lazımdır. Hazırda ağır vəziyyətdə olan Vüqar Ələşov aprelin 10-da Mərkəzi Klinik Xəstəxanaya gətirilib.
Lent.az məsələ ilə bağlı araşdırma aparıb, bu gəncin anası Ayna xanımla və müvafiq qurumlarla əlaqə saxlayıb.
“1 il xəstə hərbi vəziyyətdə hərbi xidmətini davam etdirib ”
Ayna xanım Lent.az-a bildirib ki, Şəmkir rayonunda yaşayırlar, həyat yoldaşı Qarabağ müharibəsində şəhid olub, övladlarını min bir əziyyətlə böyüdüb. Oğlu Vüqar 2008-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb və hərbi xidmətə gedərkən, çağırış qaydalarına uyğun olaraq, sağlam olub. Cəbhədə, Ağdam-Ağcabədi bölgəsində N saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətinin 6-cı ayında xəstələnib, baş ağrısı və öskürəkdən əziyyət çəkməyə başlayıb. Onu hospitalda yerləşdirib, pnevmoniya adı altında müalicə ediblər. Ancaq ağrıları getməyib. Buna baxmayaraq, ağrıya-ağrıya qalan 1 illik hərbi xidmətini də başa vurub. Beləliklə, 1 il 6 aylıq hərbi xidmətdən sonra, bu il yanvarın 1-də hərbi xidmətini başa vurub: “Hərbi xidmətə sağlam getdi, xəstə gəldi. Başının ağrısı, öskürəyi kəsmədi. Şəmkirdə nə qədər müalicə etdilər, xeyri olmadı. 2 gündür ki, Bakıya Mərkəzi Klinik Xəstəxanaya gətirmişik, həkimlər deyirlər ki, çoxlu qan lazımdır. İmkanımız yoxdur. Mənim yoldaşım da şəhid olub...”.
Ayna xanım onu da dedi ki, ağır xəstə olan oğluna kömək edilməsi üçün hələ Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, digər aidiyyatı qurumlara müraciət etmədiyini də söylədi. Övlad ağrı-acısı çəkən, hər an övlad itkisi ilə üzləşəcəyi qorxusu altında yaşayan ananın əvəzində biz müraciət etdik.
Müdafiə Nazirliyi ilə əlaqə saxladıq, atası şəhid olmuş Vüqar Ələsovun hərbi xidmətdən xəstə gəldiyini, ağır vəziyyətdə olduğunu nəzərə çatdırdıq, anası Ayna xanımın mobil telefon nömrəsini də verdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məsələ ilə maraqlanacaqlarını və yarım saat sonra əlaqə saxlamağımızı istədi. Bir müddət sonra zəng açdıqda isə Teymur Abdullayev rəsmi münasibət olaraq qısa şəkildə iki cümlə söylədi: “Xidmətdə olduğu müddətdə əsgərə nə lazımdırsa, edilib. Tərxis olunduqdan sonra onun səhhəti və sosial problemləri ilə müvafiq strukturlar məşğul olmalıdır”.
Səhiyyə Nazirliyinə zəng açdıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə xanıma durum barədə məlumat verdik. Səfayə xanım da söz verdi ki, B.Ə.Eyvazov adına Elmi-Texniki Hemotologiya və Qanköçürmə İnstitutu ilə əlaqə saxlayıb, qan məsələsində kömək etməyə çalışacaqlar.
İnstitut xəstənin qan tələbatını təmin edəcək
Lent.az-a B.Ə.Eyvazov adına Elmi-Texniki Hemotologiya və Qanköçürmə İnstitutunun baş həkimi İsgəndər Bağırovla da əlaqə saxladı. Baş həkim telefonda gözləməyimizi xahiş etdi və xəstənin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxladı, xəstənin qan tələbatı ilə bağlı problem üçün onlara müraciət edilməsini istədi. Baş həkimin Mərkəzi Klinik Xəstəxananın məsul şəxsi ilə söhbətindən o da məlum oldu ki, Vüqar Ələsovun sənədləri Türkiyəyə göndərilib, 2 günə cavablar gələcək və əhatəli müalicə prosesi də bundan sonra başlanacaq.
İsgəndər Bağırov xəstənin anası Ayna xanımın da telefonunu bizdən aldı, eyni zamanda öz telefonunu Ayna xanıma verməyimizi istədi. İsgəndər Bağırov onu da dedi ki, xəstə B.Ə.Eyvazov adına Elmi-Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda da müalicə kursu keçə bilər: “Mərkəzi Klinik Xəstəxanada müalicə kursu keçsələr də, biz xəstənin qan tələbatı ilə bağlı bütün işləri öz üzərimizə götürəcəyik. Xəstənin yaxınları mənimlə əlaqə saxlasın, istənilən vaxt onları qəbul edib, kömək etməyə hazırıq. Sizə də təşəkkür edirik ki, bu məsələni diqqətimizə çatdırmısınız”.
Lent.az olaraq biz də bir şəhid övladı olan, hərbi xidmətdən xəstə qayıdan Vüqar Ələsovun hərtərəfli müalicəsinə yardım etmək üçün dövlət qurumlarımıza, şirkətlərə və imkanlı insanlarımıza müraciət edirik.

800