Tu-154: “Uçan məzar” – MƏNHUS STATİSTİKA
Qəzaya uğrayan Tu-154 təyyarələrinin sırasına aprelin 10-da biri əlavə edildi. İlkin ehtimala görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olsa da, təyyarə bu dəfə də qeyri-rəsmi adını doğrultdu. Görünür, Tu-154-ə “Uçan qardaşlıq məzarı” deyənlər yanılmayıb. Məhz bu təyyarələr insan ölümü ilə nəticələnən qəzaların sayında liderlik edir.
1968-98-ci illərdə müxtəlif modellərdə 935 ədəd Tu-154 istehsal edilib. Son illərdə isə Kuybışev aviasiya zavodu bu modeldən olan 5 ədəd təyyarəyə sifariş alıb. Sifarişin icra edilməsi naməlumdur.
Lent.az sizə TU 154-lə bağlı ən dəhşətli qəzaların statistikasını təqdim edir:
19 fevral 1973. Tu-154-ün ilk qəzası. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən uçuş zolağına 470 metr qalmış qəzaya uğrayıb. Göyərtədəki 100 nəfərdən 66-sı həlak olub.
Həmin il keçmiş SSRİ-də iki Tu-154 təlim vaxtı qəzaya uğrayıb. Təyyarələrdə sərnişin olmadığı üçün tələfat az olub.
30 sentyabr 1975. Budapeştdən qalxan təyyarə Beyruta enərkən dənizə düşüb, göyərtədəki 66 nəfərin hamısı həlak olub.
1 iyul 1976. Ekvatorial Qvineyada dağa çırpılan təyyarədə 46 nəfər həlak olub.
1 mart 1983. Orenburqda kobud eniş edən təyyarə yararsız hala düşüb. 161 sərnişindən heç biri xəsarət almayıb.
7 iyul 1980. Almatıdan qalxan təyyarə güclü külək nəticəsində qəzaya uğrayıb, göyərtədəki 181 nəfərdən heç kəs xilas olmayıb.
16 noyabr 1981. Norilsk şəhərinə enən təyyarə pilotun səhvi ucbatından zolaqdan kənara enib, 167 nəfərdən 99-u həlak olub.
11 oktyabr 1984. Dispetçerin xətası üzündən təyyarə Omsk aeroportunda avtomobillə toqquşub, 179 nəfər həlak olub
23 dekabr 1984. Hidrosistemin və mühərrikin sıradan çıxması nəticəsində qəza baş verib, 110 nəfərin hamısı həlak olub
10 iyul 1985. Tu-154-ün ən böyük qəzası. Həddən artıq yüklənmiş təyyarə Özbəkistanın Uçquduq şəhərinə enmək üçün kəskin ştopor edib. İdarəetməni itirən təyyarə yerə çırpılıb, göyərtədəki 200 nəfərin hamısı həlak olub
8 fevral 1993. Tehran yaxınlığında qırıcı ilə toqquşan təyyarədə 131 nəfər və qırıcıdakı 2 pilot həlak olub.
3 yanvar 1994. Hidrosistemin dayanması səbəbindən İrkutskda təyyarə qəzaya uğrayıb, 125 nəfər həlak olub
6 iyun 1994. Normadan artıq yüklənən təyyarə Çinin Sian əyalətində havada ikiyə bölünüb. 160 nəfər həlak olub
7 dekabr 1995. Xabarovskda qəzaya uğrayan təyyarədə 98 nəfər həlak olub.
29 avqust 1998. Pilotun xətası nəticəsində Norveçin Lonqir əyalətinə enən təyyarə dağa çırpılıb, 141 nəfərin hamısı həlak olub.
13 sentyabr 1997. Namibiyada başqa təyyarə ilə toqquşan Tu-154-də 24 nəfər həlak olub.
15 dekabr 1997. Şarjada enərkən təyyarə uçuş zolağından çıxıb, 91 nəfər həlak olub.
24 fevral 1999. Çinin Juan əyalətinə enərkən təyyarə sıradan çıxıb, 61 nəfər həlak olub.
3 iyul 1997. Pilotun xətası üzündən İrkutska enən təyyarədə 145 nəfərin hamısı həlak olub.
4 oktyabr 2001. Ukrayna HHM qüvvələri təlim zamanı səhvən mülki təyyarəyə atəş açıb. Təyyarədəki 78 nəfərin hamısı Qara dənizdə can verib.
12 fevral 2002. “İran Air”ə məxsus təyyarə Xürrəmşəhrə enərkən qəzaya uğrayıb, 119 nəfər həlak olub.
1 iyul 2002. Almaniyada dispetçerin xətası üzündən Tu-154 başqa təyyarə ilə toqquşub, 60 nəfər həlak olub.
22 avqust 2006. Rusiyaya məxsus “TU 154” təyyarəsi Peterburq-Anapa reysi ilə uçarkən Donetskdə qəzaya uğrayıb və 170 nəfər ölüb.
15 iyul 2009. Qəzvindən qalxan təyyarə 15 dəqiqə sonra qəzaya uğrayıb, 168 nəfər həlak olub.
Nəhayət,
10 aprel 2010. Polşa prezidentinin təyyarəsi duman nəticəsində qəzaya uğrayıb, 132 nəfər həlak olub...
Vüqar Ələsgərov

498