Zorladığı qadını 16-cı mərtəbədən atan manyaka ömürlük həbs
Təqsirləndirilən şəxs zorladığı qadını QİÇS-ə yoluxdurub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhərində 29 yaşlı qadını zorladıqdan sonra qətlə yetirərək meyitini çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən atan şəxsin cinayəti işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı. Mehdi Nəcəfovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə fasilə elan edilib. Fasilədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs azadlıqdan ömürlük məhrum edilib.
İttihama görə, 2009-cu il iyulun 22-də Bakı şəhəri, Bülbül prospekti 24 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Əliyeva İnarə Rauf qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Ertəsi gün İ.Əliyevanın yaşadığı binanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İ.Əliyevanın qatilinin tapılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 1985-ci il təvəllüdlü Mehdi Nəcəfov qətli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Əliyeva 22 iyulda saat 22:00 radələrində evdən çıxıb və gecəni dostları ilə birlikdə keçirib. Saat 02:00 radələrində evlərinə dönən İ.Əliyevaya yaşadığı binanın liftində həmin binada təmir işlərilə məşğul olan Mehdi Nəcəfov hücum edib. M.Nəcəfov İ.Əliyevanı qorxudaraq zorla binanın 16-cı mərtəbəsində təmir işlərilə məşğul olduğu və hazırda heç kimin yaşamadığı mənzilə aparıb. Mənzildə M.Nəcəfov zorakılıq yolu ilə İ.Əliyeva ilə cinsi münasibətdə olub. Sonra isə İ.Əliyevanı başından çəkiclə vuraraq, vəhşicəsinə qətlə yetirən M.Nəcəfov onun meyitini 16-cı mərtəbədən atıb.
M. Nəcəfov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 144.3-cü (adam oğurluğu), 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 150.3.2-ci (seksual xarakterli hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 181-ci (quldurluq) və 326.2-ci (Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

488