Sumqayıtda narkotik satan erməni qadın həbs edilib
Azərbaycanın Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan erməni qadın tutulub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Yeganə Həsənova şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0.37 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan Y. Həsənovanın ətrafında həyata keçirilən araşdırmalar zamanı ona narkotik vasitəni satan, erməni əsilli Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Aynurə Şaumyan qızı Abdullayeva olduğu müəyyən edilib.
Adıçəkilən şəxsin evinə baxış keçirən əməliyyatçılar oradan 34 bükümdə, satış məqsədi ilə hazırlanmış, ümumi çəkisi 2,594 qram heroin, 0.141 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

636