Bakıda xeyli saxta kolbasa aşkarlandı
Sabunçu rayonu ərazisindəki “Abşeron-2000” firmasında hazırlanan məhsullar insan sağlamlıq üçün ciddi təhlükəli yarada bilər
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda mənşəyi bəlli olmayan, inqridiyent və ədviyyatlardan istifadə edilməklə hazırlanan kolbasa məmulatları aşkarlayıb. Sabunçu rayonunda yerləşən “Abşeron-2000” firmasında aparılan yoxlamalar zamanı anbarda olan 1850 kiloqram müxtəlif çeşidli hazır kolbasa məhsullarının üzərində istehsal tarixinin göstərilmədiyi, malların üzərinə saxta istehsal tarixinin yazıldığı, ticarət şəbəkəsində müxtəlif səbəblərdən yarasız hala düşdüyü üçün geri qaytarılmış 570 kiloqramdan çox kolbasa məmulatları və aşkar keyfiyyətsizlik əlamətləri olan 530 kiloqram ət və toyuq farşının xammal kimi istifadə olunduğu üzə çıxıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müəssisənin anbarında Rusiyanın “Tsaritsino” və “Çerkizovskiy” müəssisələrinin əmtəə nişanı ilə markalanan və həmin müəssisələrə məxsus texniki şərtlərin işarəsi göstərilən, kolbasa qablaşdırılmasında istifadə olunan qılaflar da aşkarlanıb. Bu isə müəssisə tərəfindən istehsal edilən məhsulların bir hissəsinin saxtalaşdırılaraq, Rusiya müəssisələrinin adı ilə satışa çıxarıldığını göstərir.
Bundan başqa, müəssisənin anbarında üzərində məhsulun saxlama müddəti normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 27750 metr kolbasa qılafı aşkar edilərək götürülüb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Abşeron-2000” fərdi firmasının istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək kolbasa məmulatlarını almamağı tövsiyə edir.
Elxan SALAHOV

408