Dövlətə xəyanətdə təqsirləndirilən əsgərə hökm oxundu
O, ermənilərin şantajından sonra cinayət törədib
Aprelin 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən hərbi qulluqçunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Namiq Hüseyn oğlu Rəcəbova hökm oxunub. Hökmə əsasən, N.Rəcəbov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Namiq Rəcəbov hərbi hissədə xidmətdə olduğu müddətdə gizir Anar Allahverdiyev tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib. Ermənilər əsgərə qarşı cinsi zorakılıq edərək həmin hadisənin videolentə alıblar. Daha sonra isə əsgəri həmin video çəkilişi yaymaqla hədələyiblər. Ermənilər N.Rəcəbovdan qulluq etdiyi hərbi hissədəki döyüş anbarı, silahlar və digər hərbi sirlər barədə məlumatlar alıblar.
N.Rəcəbov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 274-cü (dövlətə xəyanət) və 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

457