Polis yoxlaması metroda sıxlıq yaratdı
30 mart 2010 15:45 (UTC +04:00)

Polis yoxlaması metroda sıxlıq yaratdı

Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi “Sahil” stansiyası qarşısında sərnişinlərin böyük növbəsi var

Polis əməkdaşlarının Bakı Metropolitenin stansiyalarda gücləndirilmiş rejimdə işləməsi sərnişin sıxlığına səbəb olub. Bu dəqiqələrdə “Sahil” stansiyasının girişi qarşısında böyük növbə yaradıb.

Lent.az-ın məlumatına görə, stansiyaya daxil olan sərnişinlər polis əməkdaşları tərəfindən ciddi şəkildə yoxlanılır. Bu isə stansiyaya girişi məhdudlaşdırıb. Hazırda stansiyaya giriş qapısının biri açıqdır və sərnişinlərə yalnız növbə ilə bu qapıdan keçməyə icazə verilir.

Stansiyanın əməkdaşları əməkdaşımıza bildiriblər ki, bu hal müvəqqəti xarakter daşıyır. Belə ki, saat 17.00 radələrindən sərnişinlərin işdən evə getməsi ilə əlaqədar təxminən 2 saat ərzində sərnişin sıxlığı pik həddə çatır. Təxminən bir saat yarımdan sonra sərnişinlərin sayı azalmağa doğru gedəcək və bundan sonra hər şey əvvəlki axarına düşəcək.

Xatırladaq ki, dünən səhər saatlarında Moskva metrosunda baş vermiş terror aktı ilə əlaqədar Bakı Metropolitenində polis gücləndirilmiş rejimə keçib. Belə ki, Bakı metrosunda təhlükəsizlik tədbirlərinə nəzarəti artırmaq məqsədilə bütün stansiyalarda sərnişinlərin çantaları və digər yüklü ciddi şəkildə yoxlanılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar