Bakıda dəyəri milyonlarla ölçülən əntiq əşyaları satmağa cəhd ediblər
MTN bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar satılmasının qarşısı alıb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar olmaları baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb.
MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, MTN-ə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini 350 min ABŞ dollarına Bakı şəhərində satmaq istədikləri barədə məlumat daxil olub. 2010-cu il martın 18-də həyata keçirilmiş əmə¬liy¬yat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq niyyətində olan Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Arif Allahyar oğlundan 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş, çox qədim, həm də nəfis sənətkarlıq nümunəsi olan jezl, yəni rəhbər və ya haki¬miyyət simvolu qismində istifadə olunduğu güman edilən balta sənədləşdirilərək götürülüb.
Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları, 1983-cü il təvəllüdlü Yusifov Hafiz Mustafa oğlu, 1973-cü il təvəllüdlü, ixtisasca tarixşünas olan Rzayev Rizvan Abbas oğlu və 1956-cı il təvəllüdlü Qurbanov Məzahir Ələkbər oğlundan ümumilikdə 6 ədəd tarixi əhəmiyyət kəsb edən incəsənət nümunələri, o cümlədən 1 ədəd qızıldan hazırlanmış şir başına bənzər riton, 1 ədəd qızıldan hazırlanmış heyvan fiquru, 1 ədəd firuzədən hazırlanmış ceyran üzərində adam fiquru, 1 ədəd tunc riton, 2 ədəd kiçik tunc kişi heykəli sənədləşdirilərək götürülüb. Müəyyən edilib ki, adları çəkilən şəxslər dəyərləri ölçüyə gəlməz bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olublar.
Götürülmüş qədim sənətkarlıq incilərinin tarixini və dəyərini müəyyənləşdirmək məqsədilə bu sahə üzrə mütəxəssislərin rəyləri öyrənilib. Alınmış ilkin rəy¬lərə əsasən, bütün təqdim olunmuş əşyalar indiyədək Azərbaycan Res¬publikası ərazisində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar zamanı tapılan əşyalar arasında analoqlarına rast gəlinməyən, tarixi baxımdan çox qədim, yəni bizim eradan əvvəlki və bizim eranın ilkin dövrlərinə təsadüf edən nadir incəsənət nümunələridir. Hazırda mütəxəssislərin müvafiq araşdırmaları davam edir.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cı (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanılmış, Allahverdiyev Arif Allahyar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Cinayət işi üzrə bütün hallarının araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

468