Türkiyə ermənilərinin lideri Ərdoğandan üzr istədi
26 mart 2010 12:00 (UTC +04:00)

Türkiyə ermənilərinin lideri Ərdoğandan üzr istədi

Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyədəki Erməni İcmasının rəhbəri Bedros Şirinoğlu və Erməni Xəstəxanası İdarə Heyəti başçısının müavini Hermon Balyonu qəbul edib. Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, görüşdən sonra açıqlama verən Şirinoğlu 1915-ci il hadisələrini “iki çox səmimi yoldaşın döyüşü” kimi xarakterizə edib. "İki çox səmimi yoldaşın arasına nifaq soxulub. Bunun nəticəsində bir-birlərini çox sevən yoldaşların döyüşü pis bitib. Aralarında etibarsızlıq yaranıöb" – deyə, B.Şirinoğlu qeyd edib.

Baş nazir Ərdoğanın "100 min qaçaq ermənini deportasiya edərik" sözləri üçün isə Şirinoğlu, 100 min rəqəmini Ərdoğana özlərinin verdiyini, bunun səhv olduğunu söyləyib və üzr istəyib.

Görüş zamanı Şirinoğlunun qol düyməsində Osmanlı Padşahı II Mahmudun şəkilinin olduğu diqqəti çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar