Hakimi ağladan məhkum
Namus üstündə bacısını öldürən 19 yaşlı gəncin acınacaqlı həyatı
Haqqında danışacağımız hadisə namus üstündə qətl törədən 19 yaşlı gəncin cinayət işi materiallarından götürülüb. Ömrünün ən gözəl çağında əli bacı qanına batan qardaş törətdiyi əməldən peşman olmayıb.
Lent.az həmin cinayət işini təqdim edir. İş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin adları dəyişdirilib.
Hadisə Cəlilabad rayonunda baş verib. Mikayılovlar ailəsində baş verən bu hadisə, nə qədər ağır olsa da, qohumların hamısının ürəyincə olub.
19 yaşlı Tofiq babası və nənəsi ilə birlikdə qalırdı. Üç qardaş bir bacı olan Tofiqgilin ailəsi bir yerdə yaşamırdılar. Tofiq və ərə gedib boşanmış bacısı Günay iki uşağı ilə birlikdə babası gildə yaşayırdılar. Tofiqin bir qardaşı atası ilə birlikdə Rusiyada, digər qardaşı isə anası ilə birlikdə Bakıda yaşayırdı. Çörək pulu qazanmaqdan ötrü ailənin üzvləri pərən-pərən düşmüşdülər.
Tofiq məktəbi bitirdikdən sonra hərbi xidmətə gedir. Hərbi xidmətdən qayıdan Tofiq heç bir yerdə özünə iş tapa bilmir. Rayonda işsiz-gücsüz dolanan Tofiqin qulağına bacısı Günay haqqında xoşagəlməz sözlər çatır. Bundan əsəbiləşən Tofiq bacısı haqqında deyilənləri dəqiqləşdirmək istəyir.
Yolunu azmış iki uşaq anası
Tofiqin bacısı Günayın 24 yaşı vardı. Onu 20 yaşında qonşularında yaşayan Raqif adlı bir oğlana ərə verirlər. İki uşaqları olsa da, evlilik münasibətləri uzun çəkmir. Buna səbəb Günayın başqa bir oğlanla eşq yaşaması olur. Həmin oğlan rayonda polis işləyən Teymur adlı şəxs olur. Teymurla münasibətləri gündən-günə istiləşən Günayın eşq o qədər başına vurur ki, evli və iki körpəsinin olması belə yadından çıxır. Günayın əməlləri əri Raqifin qulağına çatır. Raqif bu haqda Günaya deyir. Günay ona deyilənlərin yalan olduğunu söyləyir. Lakin Raqif onların telefon danışıqlarının olmasını və hətta bir yerdə görüşdüklərini Günaya sübut edir.
Raqif bütün bunları çox soyuqqanlılıqla qarşılayır. O, boşanma iddiası ilə məhkəməyə müraciət edir. Üç ay davam edən məhkəmənin qərarı ilə Raqif arvadı Günaydan boşanır. Günay boşanandan sonra babası gilə qayıdır. Ailəsinin dağılmasına baxmayaraq, Günay əməllərinə davam edir. O, məşuqu Teymurla yenə görüşməkdə davam edir.
“Günay nəslimizi biabır edib. Ona görə el içinə çıxa bilmirik”
Bütün qohum-əqrəba Günayın bu əməlindən utanc hissi duyur. Günayın bu hərəkəti onları qıcıqlandırır. Lakin onlardan heç biri Günaya bir söz demir. Namuslarını təmizləmək üçün “Günay nəslimizi biabır edib. Ona görə, el içinə çıxa bilmirik” kimi sözlərlə Tofiqin qulağına söz tökürdülər.
Tofiq arabir Bakıya anasının və qardaşının yanına gedirdi. Artıq onlar da Günayın əməlləri barədə hər şeyi bilirdilər.
Tofiq isə bacısının belə iş tutduğuna inanmaq istəmirdi. Lakin rayonda gəzən söz-söhbətlər, qohumlar arasında baş alıb gedən pıçapıç onu boğaza yığmışdı. O, utandığından el içinə çıxa bilmir, qonşuluğundakı dostları ilə üz-üzə gələ bilmirdi. Bütün bunlara baxmayaraq, Tofiq Günaya güldən artıq bir söz demir. Sanki bacısı heç belə iş tutmayıb. Tofiq Günayla çox mehriban davranırdı.
Tofiqin bacısına olan xoş və mehriban rəftarı onun qohum əqrəbasını qıcıqlandırırdı.
Qohum-əqrəba istəyinə çatır
Nəhayət, günlərin birində Tofiqin əlinə bacısının Teymurla sevişdiyini sübut edən faktlar keçir. Telefon danışığından ibarət olan bu faktı Tofiqə yaxın qohumları göstərir.
Bu, onun səbr kasasının daşmasına səbəb olur. Bütün bunlardan bezən Tofiq bacısını öldürmək qərarına gəlir. Lakin bu istəyini evdə heç kəsə bildirmir. Bacısı şübhələnməsin deyə onunla yenə mehriban davranır.
Tofiq bunu hamının gözü qabağında eləmək istəmir. Çünki bacısının iki azyaşlı uşağı da onlarla bir yerdə qalırdı. Ona görə də Tofiq Günayı öldürmək üçün münasib an axtarır.
Nəhayət həmin an gəlib çıxır. Evdə hamı yatmışdı. Bircə Günay oyaq idi. Sən demə, Günay də hamının yatmağını gözləyirmiş ki, məşuqu Teymurla görüşə getsin.
Elə bil, bu fürsət Tofiq üçün yaranmışdı.
Tofiq Günayı mehriban dillə eyvana çıxarır. Eyvanda isə ona üstündə gəzdirdiyi bıçaqla bir neçə zərbə endirir. Zərbələr saysız-hesabsız olur. Əli qan içində olan Tofiq nənəsi ilə babasının yatdığı otağa gedir. Onları oyadaraq “nənə, dədə, durun gəlin bura” deyir. Nənə ilə baba təlaş içində eyvana çıxırlar. Onlar eyvanda Günayın qanlar içində yerə uzandığını görürlər. Tofiq isə onlara “bizim Günay kimi pozğundan canımız qurtardı, mən onu öldürdüm. İndi gedirəm polisə təslim olmağa” deyir. Tofiq belə də edir. Əli qanlı polisə gedərək təslim olur.
Hakim: “Sənin görməli olduğun işi bu cavan oğlan görüb”
Tofiq məhkəməyə ifadəsində də bacısını namus üstündə öldürdüyünü etiraf edir. Lakin Tofiq ömrünün bu gənc çağında onu qarşıda nələrin gözləyəcəyini və həbsdən çıxandan sonra bacısı uşaqlarının üzünə necə baxacağını bilmirdi. Onun etirafedici ifadələri məhkəməyə elə təsir eləmişdi ki, işi aparan hakimin gözləri yaşarmışdı. Hakim məhkəmədə ifadə verən Günayın əri Raqifə “sənin görəcəyin işi bu cavan oğlan görüb, bəs sən nə işə baxırdın” deyə sual verir. Lakin Raqif bu suala cavab verə bilmir.
“Tofiq qeyrətli oğlandır”
Məhkəmədə ifadə verən Tofiqin yaxın qohumları onun haqlı olaraq namusunu təmizlədiyini bildiriblər. “Rafiq qeyrətli oğlandır. O, namusunu təmizləyib” - deyən qohum-əqrəbanı 19 yaşlı bu gəncin ömrünün ən gözəl çağında cinayət törətməsi və həbsxanaya düşməsi heç düşündürmürdü.
P.S. Məhkəmə Tofiqə Cinayət Məcələsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinin ən aşağı həddində cəza kəsərək, onu 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, bu maddənin cəzası 12 ildən ömürlük müddətinə qədər hesablanır.
Fərid Əkbərov

465